Xəzər Xəbər

Ana südündən ürək-damar xəstəliklərinə qədər hər dərdin dərmanı GİCİTKƏNİN FAYDALARI

Cəmiyyət | 14:57 • 21 May 2019
Ana südündən ürək-damar xəstəliklərinə qədər hər dərdin dərmanı

Toxunarkən dəridə səpkilər və qaşıntı yaratdığına görə bir çox insan gicitkəndən uzaq gəzməyə çalışır.

Buna baxmayaraq, gicitkənin insan orqanizminə bir çox faydaları var.

Gicitkən əsrlərlə xalq təbabətində geniş istifadə olunub. Yaz aylarında bitən bu otun üzərində incə tikanlar var. Tikanlardakı formik turşusu və histamin maddələri dəriyə təmas zamanı buradakı hüceyrələrin mutasiyasını pozur və qaşınmaya səbəb olur. Gicitkənin meyvəsi də var. Fındığa bənzər bu meyvədən yağ əldə olunur. Bu yağ kosmetika və dərman sektorunda geniş istifadə edilir. Gicitkən yağı dərinin elastik quruluşunu yeniləyir, qırışıqları aradan qaldırır. Gicitkənin tərkibində flavonoid birləşmələri, mineral maddələr, lutein və diuretik təsir göstərən karotenoid birləşmələri vardır ki, bu maddələr artıq çəkidən qurtulmaqda yardımçı olur.

Gicitkənin faydaları

- Orqanizmin sağlam iş prinsipini pozan toksinləri 1 saat ərzində bədəndən təmizləyir. Eyni zamanda, bağırsaqların florasını balanslaşdıraraq həzm sistemini yaxşılaşdırır.

- Yandırıcı və həll edici tərkibi sayəsində böyrəklərdəki daş və qum yığıntılarını xaric edir. Sidik yolu infeksiyasının qarşısını alır.

- C vitamini və dəmir mineralı sayəsində qan hüceyrələrini balanslaşdırır. Hüceyrələrin sayını artıraraq qan dövranını yaxşılaşdırır. Bununla birlikdə, ürək-damar problemlərinin yaranma riskini azaldır.

- Aparılan araşdırmalarda bu otun allergik xəstəliklərə qarşı müsbət effekti olduğu ortaya çıxıb. Tez-tez allergik reaksiyalar verənlər üçün mütəxəssislər bu otun çayından istifadə etməyi məsləhət görür.

- Nəfəs problemlərinə də təsiri var. Xüsusilə, mövsümlə bağlı nəfəs yollarında yaranan problemləri və qrip kimi xəstəliklərin riskini azaldır.

- Xroniki əzələ ağrılarında effektivdir.

- Tərkibində bol miqdarda mineral və kalsium var. Bunun sayəsində sümüklərin toxumasını bərpa edir. Müəyyən yaşdan sonra əmələ gələn sümük əriməsi riskini azaldır. Mütəxəssislər revmatizm və duzlaşma kimi xəstəliklərin müalicəsində gicitkənə yer verilməsini tövsiyə edir. Bu zaman kompres üsulundan istifadə olunmalıdır.

- Süd verən anaların südünü artırır. Eyni zamanda, ana südünün keyfiyyətini yaxşılaşdırır.

- Sızanaqların yaranmasını əngəlləyir. Yüksək antioksidant tərkibi sayəsində deformasiya olunmuş hüceyrələri azaldır. Ləkələrə qarşı effektivdir. Adətən suyu təmizləyici maddə kimi istifadə olunur. Bununla yanaşı, saç tökülməsinin və kəpəyin qarşısını alır.

Gicitkən çayı necə hazırlanır?

1 qaşıq qurudulmuş gicitkən otunu qaynar suda 10 dəqiqə saxlayın. Daha sonra süzün və için. Gicitkən otu qaynadılarkən vitamin və minerallarını itirmir./publika.az

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti