Xəzər Xəbər

Çirkab sularına görə Xocahəsən sakini barəsində protokol yazıldı

Cəmiyyət | 15:47 • 17 May 2019
Çirkab sularına görə Xocahəsən sakini barəsində protokol yazıldı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhər ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, növbəti belə tədbir mayın 16-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib.

Reyd zamanı çirkab suları ətrafa axıtdığına görə Xocahəsən qəsəbə sakini Azər Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması), texniki suları kənara təyinatsız axıtdığına görə isə Xocahəsən qəsəbə sakini Elmxan İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 262-ci (Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması) maddələri ilə protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti