Xəzər Xəbər

Məşhur professor HƏYƏCAN TƏBİLİ ÇALDI

Cəmiyyət | 13:55 • 17 May 2019
Məşhur professor

Türkiyəli kardioloq Canan Karatay sağlam cəmiyyətin qurulması üçün Səhiyyə Nazirliyinə 20 təklif təqdim edib.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözlənilməz açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur professor konservləşdirilmiş məhsullarının istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb. O, hesab edir ki, idman sağlamlığın əsas şərtidir.

Canan Karatay daha sonra trans yağların qadağan olunması təklifini irəli sürüb. O, bu yağların bədəndə sağlam hüceyrələrin sayını azaltdığını və mutasiyaya səbəb olaraq xərçəng xəstəliklərinə yol açdığını izah edib.

Karatayın Səhiyyə Nazirliyinə təqdim etdiyi təklifləri belədir

Həzmi zəiflətdiyi və köklüyə səbəb olduğu üçün ağ çörəyin qadağan edilməsi;

İstehsal edilən unların tərkibinə kimyəvi maddələrin daxil edilməməsi;

Sənayə drojunun çörək zavodlarında bişirilən çörək xəmirinə qatılmaması;

Genetik modifikasiyası dəyişdirilən qidaların heyvan yemi kimi istifadəsinin qarşısının alınması;

Ənənəvi toxumların təşviqi artırılmalı və fermerlərə dəstək verilməsi

Qarğıdalıdan şərbət əldə edilməsinin dayandırılması;

Qazlı və şəkərli suların inkişaf dövründəki uşaqlara spirtli içkilər kimi qadağan olunması;

Bitkilərə vurulan pestisidlərin azaldılması və ya tamamilə istifadə olunmaması;

Hamilə və azyaşlı uşaqlara şəkərin həddindən artıq istifadəsi barədə xəbərdarlıq edilməsi;

Qidalarda palma və trans yağlarının istifadəsinin qarşısının alınması;

Konservləşdirilmiş qidaların azaldılması;

Bal verən arılara əlavə qida verilməsi üçün pətəklərinin yanına arı şəkərinin qadağan edilməsi.

publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti