Xəzər Xəbər

Kartof insanı belə ZƏHƏRLƏYİR Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

Cəmiyyət | 11:20 • 14 May 2019
Kartof insanı belə ZƏHƏRLƏYİR

Doğru şəraitdə saxlanılmayan kartof cücərmiş formada yeyilərsə, insanı zəhərləyə bilər.

XəzərXəbər xəbər verir ki, mütəxəssislər kartof yedikdən sonra ürəkbulanma, boğazda yanğı və baş ağrısı kimi problemlər yaranan zaman həkimə müraciət etməyi qətiyyətlə tövsiyə edir.

Toxluq hissi verməkdə vazkeçilməz olan kartof C və B vitaminləri, kalium mineralı ilə zəngindir. Lakin onun faydaları qədər düzgün istifadə olunmadıqda zərərli cəhətləri də var. Bitkilər göbələk və həşərat kimi faktorlardan özlərini müdafiə etmək üçün toksiki maddələr istehsal edir. Məhsulların saxlandığı anbarın temperaturu, daşınma zamanı mexaniki zədə almaq, zərərli böcəklər bu toksiki maddələrin çoxalmasına səbəb olur və insanın həyatını təhlükəyə atar. Kartofon tərkibində sözügedən zərərli maddə kateqoriyasına daxil olan "solanin” mövcuddur.

Günəşin altında və ya nəm yerdə saxlanılan kartofda bu maddənin miqdarı artır. Solaninin artması xlorofil sintezini işə salır və beləliklə, kartofun rəngi sarıdan yaşıla çevrilir. Yaşıllanmaqla bərabər, zəhərlənmə təsiri də yaranır.

Buna görə də yaşıllaşmış kartofdan imtina edilməli və məhsul quru, işıq olmayan yerdə saxlanılmalıdır.

"Solanin” zəhərlənməsinin simptomları ürəkbulanma, qusma, izhal, mədədə ağrı, boğaz yanması və baş ağrısıdır. Ciddi zəhərlənmələr hətta ölümlə nəticələnə bilər.

Ramazan ayında isə həftə ərzində 3-4 dəfə olmaqla, kartofdan istifadə məsləhət görülür./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
512 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti