Xəzər Xəbər

Bütün universitetlərin tələbələri üçün PULSUZ MÜAYİNƏ AKSİYASI

Cəmiyyət | 12:31 • 13 May 2019
Bütün universitetlərin tələbələri üçün

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycanın bütün ali məktəblərinin tələbələri üçün pulsuz müayinə keçirilir.

Universitetdən XəzərXəbər-ə verilən məlumata görə, aksiyada pulsuz müayinədən əlavə, pulsuz abdominal USM analizi aparılıb. Zəruri laborator analizlərə isə 50 faiz endirim tətbiq olunur.

3 gündür davam edən aksiyadan artıq 30-a yaxın tələbə yararlanıb.

Müayinələr ATU-nun qastroenteroloq rezident həkimi Samirə Məmmədova tərəfindən aparılır. Həkimin sözlərinə görə, aksiya çərçivəsində 10 tələbə abdominal USM yoxlanışından keçib. 15 tələbəyə müayinə nəticəsində müalicə yazılıb.

Qeyd edək ki,müayinələr həftə içi saat 15.00-dan 19.00-a qədər, şənbə günləri isə saat 16.00-dan 19.00-a qədər aparılır.

Kampaniya iyunun 1-dək davam edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti