Xəzər Xəbər

Pirallahıda yaşayan köçkünlər müasir evlərlə təmin olunacaq - Komitə sədr

Cəmiyyət | 10:53 • 10 May 2019
Pirallahıda yaşayan köçkünlər müasir evlərlə təmin olunacaq -

Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər yaxın aylar ərzində müasir mənzillərə təmin ediləcək.

Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin probleminin həll edilməsi üçün işlər aparılır: "Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək".

Komitə sədri qeyd edib ki, təxminən ilyarımdan sonra artıq biz Bakının biz neçə rayonun adını çəkə biləcəyik ki, bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaq.

Rövşən Rzayev əlavə edib ki, dövlət başçısı tərəfindən qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti