Xəzər Xəbər

ABŞ-da öldürülən Nail kimdir? - FOTO

Cəmiyyət | 12:19 • 8 May 2019
ABŞ-da öldürülən Nail kimdir? -

Xəbər verdiyimiz kimi, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda azərbaycanlı Nail Salamov evində uşaqlarının gözü qarşısında qətlə yetirilib.

"Qafqazinfo” xəbər verir ki, hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.

Məlumata görə, N. Salamov 1982-ci ildə Azərbaycanda dünyaya gəlib. Mərhum Dövlət Neft Akademiyasını (ADNSU) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Pensilvaniya Dövlət Universitetində təhsilini bitirdikdən sonra bir müddət "Reading” bankında çalışıb. Son zamanlar isə "Citizens bank”da fəaliyyət göstərib.

Həyat yoldaşından ayrılan Nailin 8 və 10 yaşında Aydın və Yaqub adlı oğlu var. Məlum hadisədən sonra uşaqları anası öz yanına götürüb.

Qeyd edək ki, "gofundme” saytında N. Salamovun uşaqlarına maliyyə dəstəyi üçün ianə kampaniyasına başlanılıb. Toplanmış vəsait onun atası İlham Salamova təqdim ediləcək.





Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
449 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti