Xəzər Xəbər

İqlim dəyişikliyi bütün dünyada yeni xəstəliyin yayılmasına səbəb olacaq

Cəmiyyət | 17:52 • 7 May 2019
İqlim dəyişikliyi bütün dünyada

Böyük Britaniyanın Ekseter Universiteti çox maraqlı araşdırma haqda məlumat yayıb. Elm adamları iqlim dəyişikliyinin banan bitkilərinə təsir edən göbələk xəstəliklərinin yayılma riskini artırdığını bildirib.

Bu haqda "Philosophical Transactions oftheRoyal Society B” jurnalında yazılıb. Hələ ötən əsrdə Asiyada "Pseudocercospora fijiensis” göbələyi aşkar olunmuşdu. Bu, banan bitkilərinə zərər verir, yarpaqları sıradan çıxarır, qurudur. Bu günə qədər xəstəlik Latın Amerikasında banan məhsulları yetişdirilən bütün bölgələri əhatə edə bilib.

Bu cür göbələk əsasən hava yolu ilə yayılır. Həyat dövrü daha çox temperaturdan və mikroiqlimdən asılı olur. Alimlərin araşdırması göstərir ki, rütubət və istilik səviyyəsinin yüksəlməsi "Pseudocercospora fijiensis”in inkişafına da münbit şərait yaradır. Konkret Latın Amerikasında bu riski 40 faiz artırıb./Bizimyol.info

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti