Xəzər Xəbər

Nazirlik: Boş iş yerləri barədə məlumatlar 5 günə vakansiya bankına daxil edilməlidir

Cəmiyyət | 11:16 • 7 May 2019
Nazirlik: Boş iş yerləri barədə məlumatlar 5 günə vakansiya bankına daxil edilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, altsistemin əsas üstünlüklərindən biri kimi burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankı yaradılıb. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir.

İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları "Məşğulluq haqqında” Qanuna əsasən, ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.


Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, "e-Xidmətlər” bölməsində "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra "Vakansiyalar” bölməsindəki "Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə "Yadda saxla” düyməsini basmalıdırlar.


Hər bir işəgötürən, o cümlədən sahibkar qeyd edilən məlumatları vakansiya bankına daxil etməklə, onlardakı vakant iş yerlərinə vaxt itkisi olmadan, daha asan şəkildə uyğun işçi qüvvəsi tapa bilmək imkanı qazanmaqla, məşğulluq siyasətinin icrasına öz töhfəsini vermiş olur.

Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti