Xəzər Xəbər

Bunu edən anaların övladları daha AĞILLI OLUR Psixoloji araşdırma

Cəmiyyət | 15:22 • 6 May 2019
Bunu edən anaların övladları daha AĞILLI OLUR

Övladlarınızı tez-tez qucaqlayan valideynlərdənsiniz? Onda bunu etməyə davam edin.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, övladlarını tez-tez qucaqlayan anaların övladlarının beyni daha yaxşı inkişaf edir.

Yeni tədqiqatlar göstərir ki, uşaqların inkişafı dövründə onlarla fiziki təmasın siz düşündüyünüzdən daha böyük əhəmiyyəti var.

Ohayo Milli Uşaq Xəstəxanasında aparılan bir araşdırma göstərib ki, uşaqlarınızı nə qədər çox qucaqlasanız, onların əqli bir o qədər güclü inkişaf edir.

125 uşağın iştirak etdiyi araşdırmada fiziki təmasın onlara təsirləri müəyyənləşdirilib. Araşdırmalar göstərib ki, vaxtından əvvəl dünyaya gələn və küvesdə saxlanılan uşaqlar fiziki təmasa vaxtında dünyaya gələn uşaqlardan daha az reaksiya göstərir. Bundan başqa məlum olub ki, analarına və ya xəstəxana işçilərinə daha çox bağlı olan uşaqların beyni daha aktiv reaksiya verib.

Araşdırmanın rəhbəri olan həkim Natali Metrin sözlərinə görə, uşağın əqli inkişafında sığalın və qucaqda yelləməyin rolu böyükdür:

"Biz əmin olduq ki, vaxtından qabaq doğulmuş körpələrin hamiləlik dövründə, ananın bətnində olarkən hiss etdikləri mehriban, zərif və qayğıkeş ana toxunuşunu hiss etməsi vacibdir”.

Bütün yuxarıda yazılanlar bizə bir daha sübut edir ki, fiziki bağlılıq beynin inkişafı üçün vacibdir. Bu səbəblə uşaqları mümkün qədər tez-tez qucaqlayın!

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti