Xəzər Xəbər

Azərbaycandan İrana gedən turistlərin sayı artıb

Cəmiyyət | 12:45 • 5 May 2019
Azərbaycandan İrana gedən turistlərin sayı artıb

Keçən il İrana gələn turistlərin sayı 50 faiz artıb.


ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Mədəni İrs və Turizm üzrə Təşkilatının rəhbəri Əli Əsgər Munesan bildirib.


Ə. Ə. Munesan deyib ki, sanksiyalara baxmayaraq, keçən il İrana 7 milyon 800 min turist gəlib ki, bu da 2017-ci illə müqayisədə 50 faiz çoxdur. İranın Mədəni İrs və Turizm üzrə Təşkilatının rəhbəri qeyd edib ki, sanksiyalarla əlaqədar İrana bir çox birbaşa reyslər ləğv edilsə də, region ölkələri və Çin hesabına turistlərin sayı artıb. Məsələn. Türkiyədən İrana gələn turistlərin sayında 74 faiz artım qeyd alınıb. Eyni zamanda Azərbaycan, Ermənistan, Rusiya, İraq və Omandan da İrana səfər edən turistlərin sayı artıb. Bir çox ölkələrin birtərəfli qaydada viza verməsi, o cümlədən tibbi turizm İrana turist axınını şərtləndirən amillər sırasında olub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti