Xəzər Xəbər

Bu yol bir günlük bağlanır

Cəmiyyət | 14:29 • 30 Aprel 2019
Bu yol bir günlük bağlanır

Aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki , aparılan təmir işləri ilə əlaqədar yaranacaq məhdudlaşma mayın 1-i axşam saatlarınadək davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Xəbər lenti