Xəzər Xəbər

Bu il Həccə yalnız 1400 azərbaycanlının ziyarəti nəzərdə tulub

Cəmiyyət | 16:32 • 29 Aprel 2019
Bu il Həccə yalnız 1400 azərbaycanlının ziyarəti nəzərdə tulub

Bu il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərin getməsi nəzərdə tutulur.


Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.


Onun sözlərinə görə, hələlik Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib:


"Müraciət müddəti yekunlaşana qədər 1400 nəfərin sənəd qəbulu aparılacaq. Çünki 1400 adam üçün hotel tutulub. Bundan artıq adam aparmaq mümkün olmayacaq".


Həcc missiyası üzvünün sözlərinə görə, ziyarətə getmək istəyən insanlar müraciətlərini adətən Ramazan ayında ünvanlayır:


"İndiyədək müracət edənlərin hər biri ilk dəfə Həcc ziyarətinə gedənlərdir. Təkrar getmək istəyən insanlar hələ ki, yoxdur. Hər il Həccə gedən insanların 30 fazi təkrar getmək istəyən insanlar olur. Yəqin ki bu il də 25-30 faiz təkrar getmək istəyənlər olacaq. Belə insanlar daha çox axırda müraciət edirlər”.


QMİ rəsmisi qeyd edib ki, Həccə səfər iyul ayının sonlarında başlayacaq.


"Müraciət müddəti iyul ayının əvvəlinə qədərdir. Həmin vaxta qədər sənəd qəbulu davam edəcək. Viza verilməsinin bir müddəti var. Səfər yalnız təyyarə ilə təşkil edilir. Aviabiletlərin xərci Həcc ziyarətinin qiymətlərinə daxildir".


H.Babayev qiymət bahalaşmasının qarşı tərəfdən asılı olduğunu vurğulayıb: "Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ötən il bu rəqəm 4150 dollar idi. Bu Səudiyyə Ərəbistanında otellərdə baş verən qiymət artımı ilə bağlıdır. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxildir. Həccə gedən zəvvar yalnız qurbanı özü kəsir”.


QMİ-nin məsul işçisi Həccə getmək üçün müraciət etmək istəyən insanlara sənədləri vaxtında təqdim etməyi tövsiyə edib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti