Xəzər Xəbər

Bakıda itkin düşən məktəbli qızın sinif yoldaşları: Harasa tələsirmiş - FOTO

Cəmiyyət | 14:40 • 27 Aprel 2019
Bakıda itkin düşən məktəbli qızın sinif yoldaşları:

Bakıda ötən gün itkin düşən məktəbli qızla bağlı bəzi təfərrüatlar məlum olub.

Trend-in məlumatına görə, məktəblinin yaxınları deyib ki, Aydan sonuncu dəfə məktəbin yaxınlığında olan mağazanın kameralarında görüntülənib.

Sinif yoldaşlarının sözlərinə görə, qız məktəbdən çıxarkən harasa tələsirmiş.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Aydan Əliyeva ötən gün saat 13 radələrində təhsil aldığı məktəbdən çıxaraq mağazaya gedib.

Aydan Əliyeva Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 5 saylı məktəbin 7-ci sinif şagirdidir.

Xəbər lenti