Xəzər Xəbər

Alimlər beynin qocalması prosesini tədqiq ediblər

Cəmiyyət | 14:31 • 27 Aprel 2019
Alimlər beynin qocalması prosesini tədqiq ediblər

İnsan yaşa dolduqca, onun beyni qocaldıqca beynin prefrontal qabığının müxtəlif hissələri arasında uzlaşma zəifləyir.


Xezerxeber.az xəbər verir ki, Rusiya, Sinqapur və Kanadanı təmsil edən bir qrup alim beynin qocalması prosesində onun funksiyalarının yenidən təşkil olunduğunu müəyyənləşdiriblər. Maraqlıdır ki, əvvəlki ehtimallardan fərqli olaraq, bu prosesin tədricən deyil, xeyli sürətlə getməsi məlum olub. Mütəxəssislər 82 tədqiqatın nəticələrini təhlil edərək bu qənaətə gəliblər ki, müxtəlif yaşlı insanların işçi yaddaşının funksiyaları fərqlidir.


Tədqiqatın müəllifləri bildiriblər ki, 18-35 yaşlı insanlarda prefrontal qabığın müxtəlif sahələri arasında uzlaşma daha yüksək olur, 35-55 yaşlarında uzlaşma tədricən zəifləyir, 55 yaşdan sonra isə uzlaşmanın açıq-aşkar zəifləməsi müşahidə olunur.


Tədqiqatçılar yəqin ediblər ki, bu sahələr arasında uzlaşmanın azalması beyin qabığının əmgək hissələrinin fəallaşması ilə kompensasiya olunur. Alimlərin sözlərinə görə, bu fakt qocalmaqda olan beynin işçi yaddaş mexanizminin funksional baxımdan yenidən təşkil olunmasını göstərir.


Mütəxəssislər deyiblər: "İnsanın bütün həyatı boyu beyin dəyişir və bu proses bizim əvvəllər güman etdiyimizdən daha dinamikdir”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti