Xəzər Xəbər

Sensasiya! Çörəkdə təhlükəli maddə tapıldı: Bu xəstəlikləri törədir...

Cəmiyyət | 17:02 • 26 Aprel 2019
Sensasiya! Çörəkdə təhlükəli maddə tapıldı:

Alimlər çörəyin yaxşı bişməsi üçün ona əlavə edilən maddənin hormon səviyyəsinin yüksəlməsinə, piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola biləcəyini müəyyən ediblər.

XəzərXəbər xəbər verir ki, bu barədə Harvard Universitetinin İctimai Səhiyyə Məktəbinin araşdırmasının nəticələrinə istinadən "Science Translational Medicine” elmi jurnalı məlumat yayıb.

Qeyd edilib ki, çörək məhsullarında olan təhlükəli maddə propionatdır. Kalsium propionat (E282) və soda propionat (E281) çörək məmulatlarında kiflənmənin qarşısını almaq üçün istifadə olunur.

Propionatın zərərini sübut etmək üçün elm adamları genişmiqyaslı araşdırma aparıblar, həmçinin siçanlar və insanlar üzərində təcrübələr keçiblər.

İnsanlar üzərində aparılan təcrübəyə 14 sağlam insan cəlb edilib. Bunlar iki qrupa bölünüblər. Yeməyin tərkibinə propionat əlavə edilən şəxslərdə metabolik xəstəliklərin və hormon səviyyəsinin artması müşahidə olunub.


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
544 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti