Xəzər Xəbər

Evində it saxlayanların DİQQƏTİNƏ MÜTLƏQ OXUYUN

Cəmiyyət | 17:56 • 25 Aprel 2019
Evində it saxlayanların DİQQƏTİNƏ

İt sahiblərinin yaşadığı ən qorxunc hallardan biri heyvanlarının itməsidir.

Belə hallarda panik olmamaq və tədbirli davranmaq və bu üsullardan istifadə etmək lazımdır:

İlk işiniz iti axtarmaq olsun!

İlk olaraq evə və həyətə baxın. İtin gizlənə biləcəyi bütün yerləri nəzərdən keçirin.

Axtarış zamanı itinizin adını çağırın!

Axtarış zamanı itinizin adını yüksək səslə çağırmağınız sizə kömək edə bilər.

Evinizin ətrafına öz ətriniz hopmuş əşyalar qoyun!

İtlərin iybilmə duyğusu çox yüksəkdir. Axtarış zamanı evinizə yaxın çevrələrə özünüzün və itinizin iyi hopmuş əşyalar qoysanız, itinizin evi tapmasında faydalı ola bilər.

Heyvan xəstəxanalarına müraciət edin!

İtiniz yaralanıbsa, hansısa şəxs tərəfindən heyvan xəstəxanasına aparıla bilər. Bu ehtimalı nəzərə alaraq, heyvan xəstəxanalarını kontrol etməkdə fayda var.

Sosial şəbəkələrdən istifadə edin!

İtinizin şəklini və haqqında qısa məlumatı sosial şəbəkələrdə paylaşmaq onu tapmağınıza kömək edə bilər. Elanı xüsusən də heyvanlara aid səhifələrdə paylaşmağınız məsləhətlidir.

İtinizi tapan şəxsə mükafat verəcəyinizi bildirin!

Axtarışlarınız heç bir nəticə verməsə, son çıxış yolu kimi elanda itinizi tapana mükafat verəcəyinizi açıqlayın. Lakin bu məsələdə diqqətli olun. "İtinizi tapmışam” deyən hər insanın sözünə inanmayın və diqqətli davranın.

Redaktor.az


Xəbər lenti