Xəzər Xəbər

Oruc tutmaq istəyənlər, DİQQƏT! Neçə yaşa qədər OLAR?

Cəmiyyət | 17:53 • 25 Aprel 2019
Oruc tutmaq istəyənlər, DİQQƏT!

İslam dini Ramazan ayında oruc tutmağı müsəlmanlar üçün vacib əməl hesab etsə də, bəzi insanlar müəyyən səbəblərdən bunu edə bilmirlər.

Həkimlər yaşlı insanların, həmçinin uşaqların oruc tutmasını vacib hesab etmir. Onlar saatlarla ac qalmağın bu şəxslərin sağlamlığına zərər verdiyini bildirirlər.

Maraqlıdır ki, oruc tutmaqda yaş məhdudiyyəti varmı?

Bununla bağlı ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, bəzi hallarda tutulmayan orucun qəzası tutula bilər:

"Səhhətində problem olan şəxslər oruc tutmaya bilər. Yaxşılaşandan sonra isə orucun qəzası tutulmalıdır. Hamilə və ya uşaq əmizdirən qadınların oruc tutması vacib deyil. Həmçinin, taqəti olmayan yaşlı insanlar da oruc tutmaya bilər.

Orucla bağlı digər məhdudiyyət isə səfərlə bağlıdır. Hansısa yerə gedib-gəlmək məsafəsi 45 kilometrdən artıq olan və həmin yerdə 10 gündən az qalan insanlar oruc tutmaya bilər. Səfər səbəbi ilə oruc tutula bilməyən şəxslər sonradan həmin günlərin qəzasını tutmalıdır. Getdiyi yerdə 10 gündən artıq qalarsa, oruc tutması vacibdir”.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla isə Redaktor.az-a açıqlamasında orucluqda yaşlı insanlar üçün yaş məhdudiyyətinin olmadığını vurğulayıb:

"Normalda şəkərli diabeti və qan azlığı olan şəxslər, həmçinin azyaşlı uşaqlar və yaşlı insanların oruc tutması məqsədəuyğun deyil. Oruc praktiki olaraq sağlam olan şəxslərə aiddir. Lakin psixoloji durumu və səhhəti yerində olan hər bir insan oruc tuta bilər. Yaşlı insanların oruc tutub-tutmaması ilə bağlı yaş məhdudiyyəti yoxdur. 14 yaşa qədər olan azyaşlı uşaqların isə oruc tutması o qədər də vacib deyil”.

Xəbər lenti