Xəzər Xəbər

Azərbaycan təbiətinin əvəzsiz neməti: Cəmi 1 manata satılan dərman

Cəmiyyət | 16:38 • 25 Aprel 2019
Azərbaycan təbiətinin əvəzsiz neməti:

Bu bitki ürək, qaraciyər, ən əsas isə böyrək xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir

Azərbaycanda bitən bir çox yabanı bitkilər var ki, onlardan qida kimi də istifadə olunur. Bunlardan bəziləri çiy, bəziləri isə bişirilərək yeyilir. Yazın gəlişilə dağlarda, sahələrdə təbii şəkildə yetişən bu bitkiləri yerli sakinlər yığaraq, əsasən, yol kənarlarında satırlar.

Hər bölgənin təbiətinə uyğun olaraq yetişən yeməli yabanı bitkilər var. Yevlax rayonu ərazisində isə ən çox rast gəlinəni ləkəli alaqanqal adlanan bitkidir. Tikanlı olduğundan əksər insanlar ondan uzaq dursalar da, bəzi yerli sakinlər bu bitkinin xüsusi dada və müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər. Ləkəli alaqanqal, əsasən, uşaqlar tərəfindən yığılaraq dəstəsi 0,50-1 manat aralığında alıcılara təklif olunur. Əksər müştərilərinin yolda keçən avtomobillərin sürücü və sərnişinlərinin olduğunu deyən satıcılar alaqanqalın ürək, qaraciyər, ən əsas isə böyrək xəstəliklərinin müalicəsinə müsbət təsir göstərdiyini deyirlər.

Təbii şəkildə yetişən bu bitkini yerli sakinlər yığaraq əsasən yol kənarlarında satırlar

Bəs görəsən bu bitkilər yerli əhalinin söylədiyi qədər xeyirlidirmi? Sputnik Azərbaycan-ın sualını cavablandıran Mingəçevir şəhərində fəaliyyət göstərən həkim-qastroenteroloq Əhməd Seyidov tibdə adı ləkəli alaqanqal olan bitkinin doğrudan da bir çox müalicəvi xüsusiyyətlərə malik olduğunu qeyd edib.

"Alaqanqal Azərbaycan şəfalı bitkilər sırasındadır. Onun həm kökündən, həm zoğundan qida vasitəsi kimi istifadə olunur. Alaqanqalın zoğunun tərkibi 90% sudan ibarətdir. Bu bitkidən qida kimi istifadə edilməsi mədə-bağırsağın fəaliyyətinə yaxşı təsir edir, böyrəklərin yuyulması və duzların tökülməsində müsbət rol oynayır. Sidikqovucu xüsusiyyətə malikdir" – deyə həkim bildirib.

Hər hansı bir zərərinə gəlincə isə həkim, əsasən, tərkibinin su olması səbəbindən soyuq havalarda ondan istifadənin bədəndə soyuqluq əmələ gətirə biləcəyini, eyni zamanda mədə-bağırsaq pozğunluğu olan adamlarda sürüşkənik yaratdığından istifadəsinin məsləhət olmadığını vurğulayıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024

Xəbər lenti