Xəzər Xəbər

Dövlət Komitəsi: Nikah müqaviləsi bağlayanların sayı artıb

Cəmiyyət | 15:25 • 25 Aprel 2019
Dövlət Komitəsi: Nikah müqaviləsi bağlayanların sayı artıb

"Ötən illərlə müqayisədə nikah müqaviləsi bağlayanların sayında artım qeydə alınır. Amma bu, o qədər də nəzərəçarpacaq artım deyil. Əvvəlki illərdə 60 və ya 70 nikah müqaviləsi bağlanırdısa, son illər bağlanan nikah müqavilələrinin sayı 150-ə yaxınlaşıb”.


Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.


O bildirib ki, Azərbaycanda ailə həyatı quran cütlüklər tərəfindən nikah müqavilələrinin bağlanmasına bir o qədər də böyük maraq yoxdur.

Şöbə müdiri qeyd edib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir: "Nikah müqaviləsində tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müəyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Əgər tərəflər arasında nikah müqaviləsi bağlanmayıbsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək mübahisələrin qarşısını ala bilər. Dövlət Komitəsi olaraq evlənən cütlüklərə nikah müqavilələrinin bağlanmasına dair çağırış edirik”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti