Xəzər Xəbər

DİM: Kolleclərin qabiliyyət imtahanlarında yeniliklər tətbiq ediləcək

Cəmiyyət | 11:42 • 25 Aprel 2019
DİM: Kolleclərin qabiliyyət imtahanlarında yeniliklər tətbiq ediləcək

"Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi planlaşdırılır".


Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu il ilk dəfə olaraq kolleclərin "Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək: "İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək". (ONA)

Xəbər lenti