Xəzər Xəbər

Yeni telekanalla bağlı müsabiqənin qalibi Real TV olub

Cəmiyyət | 08:49 • 24 Aprel 2019
Yeni telekanalla bağlı müsabiqənin qalibi Real TV olub

23 aprel 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda Milli Televiziya və Radio Şurasının 28 fevral 2019-cu il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş "Real Təhlil İnformasiya Mərkəzi” MMC, "TV-Media Azerbaijan” MMC, "RTV” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib.

Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək elan olunmuş müsabiqənin qalibi müəyyən etmiş və ona ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilməsi qərara alınıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar