Xəzər Xəbər

Metronun "Xətai" stansiyasının nə vaxt açılacağı məlum olub

Cəmiyyət | 11:59 • 23 Aprel 2019
Metronun "Xətai" stansiyasının nə vaxt açılacağı məlum olub

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış Bakı Metropoliteninin "Xətai" stansiyasının açılacağı vaxt müəyyənləşib.


Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun ONA-ya verdiyi məlumata görə, stansiyada təmir işləri avqust ayında başa çatacaq.


B. Məmmədovun sözlərinə görə, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılır. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülür.

Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənməsi ilə yanaşı, vestibülün əsaslı təmiri də aparılır və stansiyanın memarlıq kompozisiyası yaradılır: "Həmçinin stansiyanın istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənir, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunur. Bunlarla yanaşı, "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da avqusta qədər başa çatdırılacaq”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti