Xəzər Xəbər

Oğlumun üzünü əməliyyat etdilər, lakin zəmanət yoxdur - Üzünü it parçalayan uşağın atası:

Cəmiyyət | 10:48 • 23 Aprel 2019
Oğlumun üzünü əməliyyat etdilər, lakin zəmanət yoxdur -

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun vəziyyəti yaxşılaşır.

Bunu Trend-ə uşağın atası Qismət Məmişov deyib.

Onun sözlərinə görə uşaq özünü yaxşı hiss edir:

"Uşağın vəziyyəti yaxşıdır. Lakin həkim sabah, birigün nə olacağı ilə bağlı zəmanət vermir. 40 gün gözləmək lazımdır. Oğlumun üzünü əməliyyat etdilər, lakin mənə onun can sağlığı lazımdır. İndi özünü yaxşı hiss edir. Xəstəxanadan nə vaxt çıxacağı isə hələlik bəlli deyil”.

Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti