Xəzər Xəbər

Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat təşkil edib

Cəmiyyət | 10:11 • 23 Aprel 2019
Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat təşkil edib

Bu ildən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən xezerxeber.az-a bildirilib ki, cari ilin birinci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8 faiz, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3 faiz icra olunub.

Xəbər lenti