Xəzər Xəbər

Coğrafiya institu: son 30 ildə Azərbaycanda belə hava müşahidə edilməyib

Cəmiyyət | 10:09 • 23 Aprel 2019
Coğrafiya institu: son 30 ildə Azərbaycanda belə hava müşahidə edilməyib

"Belə hava şəraiti aprel ayı üçün səciyyəvi deyil və son 30 ildə Azərbaycanda müşahidə edilməyib”.


Bu barədə ONA-ya Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.


O bildirib ki, havanın mövsümə görə soyuq keçməsinin səbəbi soyuq Şərqi Avropa düzənliyi üzərində aktiv hava kütlələrinin hakim olmasıdır: "Bu hava, adətən, Şimal buzlu okean üzərində, Skandinaviya, Qrenlandiya üzərində formalaşır və şimal-qərbdən Azərbaycana daxil olur. Beləliklə, bütün Şərqi Avropa düzənliyini, Moskva ətrafını, Rusiyanın mərkəzi rayonlarını tamamilə əhatə etdiyinə görə bunun bir hissəsi də antisiklon vəziyyət yaradır və bizim ərazimizə daxil olur. Fərqli cəhəti odur ki, bu, bir qədər uzun çəkdi, çünki bir hava kütləsi bizdə, adətən, bir-iki gün hakim olur. Ancaq bu il aprelin 19-da başlayıb, təqribən 24-25-nə qədər də ərazimizdə bu hava kütləsinin hakim olmasını gözləyirik. Yağış yağacaq, orta dağlıq ərazilərdə qar yağması da müşahidə ediləcək. Sabah küləyin artması da müşahidə edilə bilər ki, bu da aprel ayı üçün səciyyəvi deyil”.

Direktor müavini belə hava şəraitinin meyvəçiliyə ziyanından danışıb: "Ağaclar vaxtında ayılıb, çiçək açıb. Məsələn, alça, ərik, badam bunlar bir az qabaq çiçək açıb deyə, onlara heç nə olmayacaq, alma-armud isə indiki dövrdə çiçək açıb deyə onların hamısı məhv olacaq. Havanın taxılçılığa, pambıqçılığa, bir illik bitkilərə mənfi təsiri yoxdur. Ağac bitkilərin, xüsusən çəyirdək meyvəçiliyə böyük zərəri var”.


Fəlsəfə doktoru bildirib ki, iqlim dəyişmələri prosesi ilə dəyişkən havaları izah etmək olmaz: "Müəyyən ərazilərdə istiləşmə olduğu kimi, müəyyən ərazilərdə də soyuqlaşma müşahidə oluna bilər. Lakin mülayim dəniz aktiv hava kütlələrinin bir az uzun müddətə ölkədə qalmasını, sadəcə, ümumi iqlim fonu ilə izah etmək lazımdır. İqlim dəyişmələri oldu, aprel soyuq keçdi, iqlim dəyişmələrinə görə hava soyuq keçməsin i izah etmək elimdən kənar məsələdir. Aktiv hava kütlələri, yəni kontinental aktiv və dəniz aktiv hava kütlələri bütün Avropanın şərq hissələrini tutduğu, Avropanın şimalında paralel istiqamətdə dağlar olmadığı üçün onlar sərbəst şəkildə daxil olurlar. Bu hava kütlələri bizim əraziyə Qara dənizdən keçərək, Gürcüstandan gəlir, hav şəraitinin soyuq olmasına səbəb olur”.


Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti