Xəzər Xəbər

Dünya qadın qıtlığında – 22 milyon qadın çatışmır

Cəmiyyət | 16:37 • 22 Aprel 2019
Dünya qadın qıtlığında

Dünyanın 12 ölkəsində kişi-qadın nisbəti pozulub

Alimlər hesablayıb ki, dünyada 22,5 milyon qadın çatışmır.

Araşdırmanın nəticəsi PNAS jurnalında dərc edilib. Ekspertlərin məlumatına görə, qızların daha az doğulduğu 12 ölkədə nisbət pozulub. Bu özünü daha çox Hindistan və Çində göstərib.

Belə ki, 1970-ci ildən 2017-ci ilə qədər Hindistanda 11,9 milyon, Çində 10,6 milyon qız uşağı azlığı olub. Çində qız uşaqlarının çatışmamasına səbəb bir ailədə bir uşaq siyasəti, Asiya ölkələrində isə selektiv abortlardır./Sputnik Azərbaycan

Xəbər lenti