Xəzər Xəbər

Abituriyentlərin nəzərinə: yeni onlayn sınaq imtahanına qeydiyyat başlayıb

Cəmiyyət | 12:11 • 22 Aprel 2019
Abituriyentlərin nəzərinə: yeni onlayn sınaq imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə otk.az portalı vasitəsilə mütəmadi onlayn sınaq imtahanları keçirilir.


DİM-dən xezerxeber.az-a bildirilib ki, artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına qeydiyyat başlayıb. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.


İmtahanda iştirak haqqı 3 manatdır.


Abituriyentlər onlayn imtahan başa çatan kimi nəticələri əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.


http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.

Xəbər lenti

Çox oxunanlar