Xəzər Xəbər

Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb - FOTO

Cəmiyyət | 15:35 • 21 Aprel 2019
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb -

Azərbaycan gimnastı Nərminə Səmədova aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində lentlə hərəkətlərdə mükafatçılar sırasına düşüb.

Təmsilçimiz 18.000 bal toplayaraq gümüş medal qazanıb. Lentlə hərəkətlərin yekununda italiyalı Sofia Raffaeli 18.350 xalla turnirin qızıl medalına sahib olub. İsrail təmsilçisi Asya Adi Katz 17.400 xalla üçüncü yeri tutub.

Digər gimnastımız Arzu Cəlilova isə 17.100 bal toplayaraq dördüncü yerdə qərarlaşıb. (AZƏRTAC)

Xəbər lenti