Xəzər Xəbər

Əksər çaylarda sululuq artıb

Cəmiyyət | 18:00 • 19 Aprel 2019
Əksər çaylarda sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan intensiv yağış nəticəsində əksər çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın olmaqla 60-100 faizini təşkil edir.


Departamentdən xezerxeber.az-a bildiriblər ki, aprelin 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 480 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla onun 65 faizini təşkil edir.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 54 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 196 kubmetr təşkil edir ki, bu da ongünlük normadan çox olmaqla onun 117 faizinə bərabərdir.


Aprelin 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 45 santimetr artaraq 427 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr artaraq 139 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 24 santimetr artıb və 173 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 21 santimetr artaraq 188 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artaraq 125 santimetrə bərabər olub.

Xəbər lenti