Xəzər Xəbər

Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edir

Cəmiyyət | 14:26 • 19 Aprel 2019
Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edir

Tədqiqatların nəticələri göstərir ki, hər gün pendir yemək infarktın əmələgəlmə riskini azaldır.


Redinq Universitetindən olan alimlərin "European Journal of Nutrition” jurnalında dərc edilən məlumatlarına görə, hər gün bir dilim pendir orqanizmin infarktdan müdafiəsini gücləndirir.


AZƏRTAC "MedikForum”a istinadla xəbər verir ki, əksər hallarda bu vərdiş ürək tutmaları ehtimalını 14 faiz azaldır.


Aparılan eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Alimlərin tapşırığı ilə hər gün az miqdarda pendir yeyən adamlar bir qrupa, öz tərzində qidalananlar isə digər qrupa salınıb. Nəticədə, hər gün 40 qram pendir qəbul edən könüllülərdə tibbi müayinə zamanı orqanizmin damar patologiyalarından daha yaxşı müdafiəsi müşahidə olub.


Alimlər izah ediblər ki, "pendir” qrupunda olan insanların orqanizmində "müsbət” xolesterinin miqdarı artıb və eyni zamanda, "mənfi” xolesterinin miqdarı azalıb. Bu xüsusiyyəti şərh edən tədqiqatçılar bildiriblər ki, pendirin tərkibi vitaminlərlə, minerallarla və zülallarla zəngindir. Bu, ürək-damar xəstəliklərindən müdafiə olunmağa kömək edir. Pendir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran yüksək dozalı kalsiumla da zəngindir.


Pendirin orqanizmin damar sisteminə müsbət təsiri barədə oxşar nəticəyə MakMaster Universitetindən olan elmi mütəxəssislər də gəliblər. Onlar dünyanın 21 ölkəsindən yaşı 35-dən 70-dək olan 130 min insanın sağlamlığı və həyat tərzi barədə məlumatları təhlil ediblər. Bu alimlər müəyyən ediblər ki, emal olunmuş süddən yoqurt şəklində hazırlanmış məhsulun hər gün iki porsiya qəbulu ürək-damar xəstəlikləri və erkən ölüm riskinin azalmasına kömək edir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti