Xəzər Xəbər

Kompüter və mobil telefon uşaqlarda bu xəstəliyi yaradır VALİDEYNLƏR DİQQƏT

Cəmiyyət | 14:20 • 19 Aprel 2019
Kompüter və mobil telefon uşaqlarda bu xəstəliyi yaradır

Uşaq və yeniyetmə psixiatrı türkiyəli Hozan Saatçıoğlu elektron cihazlarla bağlı valideynlərə xəbərdarlıq edib.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Psixiatr açıqlamasında qeyd edib ki, uşaq 1,5 yaşından sonra ünsiyyət qura bilmir, göz təmasından qaçır və adını çəkəndə reaksiya vermirsə, autizm ehtimalı yarana bilər. Buna görə də 2 yaşdan aşağı uşaqları komputer və televizordan uzaq tutmaq lazımdır.

Psixiatr bildirir ki, autizm beynin inkişafı ilə bağlı pozuntular nəticəsində yaransa da, dəqiq səbəbi bilinmir: "Autizmli uşaqlarda eyni hərəkətin tez-tez təkrarlanması və maraqlarını çəkən məsələlərin az olması diqqət çəkən amillərdəndir. Autizmə meylli uşaqlar televizor, mobil telefon, planşet kimi elektron cihazlara daha çox maraq göstərirlər. Uşağınızda autizm xəstəliyinin yaranmamasını istəyirsinizsə, hər dəfə ağlayanda susdurmaq üçün onun əlinə mobil telefon verməyin".

Redaktor.az

Xəbər lenti