Xəzər Xəbər

Əmək pensiyasının sığorta hissəsinə hesablanan iki əlavə ləğv edilir

Cəmiyyət | 17:19 • 18 Aprel 2019
Əmək pensiyasının sığorta hissəsinə hesablanan iki əlavə ləğv edilir

"Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilir.


Qanun layihəsi aprelin 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.


Dəyişikliklər "Əmək pensiyaları haqqında” qanunu Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncama uyğunlaşdırmaq məqsədi daşıyır. Başqa sözlə, sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində və müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi əksini tapıb.

Dövlət başçısı 15 aprel 2019-cu il tarixdə "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında müvafiq fərmanlar imzalayıb.


Bu kateqoriyalar üçün Prezident fərmanları ilə yeni Prezident təqaüdlərinin təsis edilməsi ilə əlaqədar "Əmək pensiyaları haqqında” qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələrin hesablanmasında dəyişikliklər ediləcək. Layihəyə əsasən, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavələrin hesablanmasını nəzərdə tutan maddələr ləğv edilir.


Prezident təqaüdləri aprelin 1-dən veriləcəyi üçün Milli Məclisdə qəbul edildikdən sonra "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər də aprelin 1-dən tətbiq ediləcək. (ONA)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti