Xəzər Xəbər

Quru meyvələrin faydası

Cəmiyyət | 14:46 • 9 Aprel 2019
Quru meyvələrin faydası

Təkcə təzə deyil, quru meyvələrin yeyilməsinin də insan sağlamlığına müsbət təsiri danılmazdır.


Elmi araşdırmalar nəticəsində məlum olub ki, tərkibi A vitamini ilə zəngin qaysı stress və qan azlığını aradan qaldırır, dəridəki problemlərə yaxşı təsir göstərir. Gündə 5 ədəd qaysı yemək ürək damarları və sinir sistemi üçün faydalıdır.


Enerji mənbəyi olan kişmiş bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi də istifadə olunur.


Alma qurusu da sağlamlıq üçün çox xeyirlidir. Hər gün bir ovuc alma qurusu yorğunluğu aradan qaldırır.


Xurma antioksidant təsirə malikdir. Orqanizmi gücləndirir, xərçəngdən müdafiə edir, dərinin gözəlləşməsi üçün də xurma yemək çox faydalıdır. Tərkibində olan B1 və B2 vitaminləri sinir sistemini qoruyur.


Quru tut qan artıran vasitədir. Hərarəti aşağı salmaq üçün də təsirli vasitədir. Vitaminlə zəngin quru tut stressi aradan qaldırır və tox saxlayır.


Əncir qurusu tərkibində yağ və xolesterin olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir, boğaz ağrıları üçün də xeyirlidir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti