Xəzər Xəbər

Əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir

Cəmiyyət | 13:57 • 9 Aprel 2019
Əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir

Hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. İşçi ilə əmək müqaviləsi bağlanarkən də müqavilənin şərtləri qanunvericilikdə nəzərdə tutulan əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Eyni zamanda, əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı regional bölməsinin Bakı şəhərində yerləşən "Bakı Gəmiqayırma Zavodu” MMC-də "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər, işçilər iştirak edib. İş yerlərində əməyin mühafizəsinin təmin edilməsi üçün işəgötürənlərin vəzifələri diqqətə çatdırılıb. Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri barədə ətraflı məlumat verilib. Əməyin mühafizəsi üzrə işçilərin də üzərinə düşən vəzifələr qeyd edilib.

Xəbər lenti