Xəzər Xəbər

10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ölkə ərazisində 25 minə yaxın ağac əkilib

Cəmiyyət | 11:10 • 9 Aprel 2019
10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ölkə ərazisində 25 minə yaxın ağac əkilib

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon icra hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirilib.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21 min 770 müxtəlifcinsli ağac əkilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

Ağacəkmə aksiyaları davam edir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
424 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti