Xəzər Xəbər

Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq

Cəmiyyət | 15:28 • 8 Aprel 2019
Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq

Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, bunu nazir Sahil Babayev övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən işçi qrupun görülən işlərin müzakirəsinə həsr olunmuş iclasında vurğulayıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığa götürmə sahəsində hazırlanmaqda olan yeni idarəetmə modeli övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır.

O bildirib ki, övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsi də öyrənilməklə hazırlanan yeni təkmil modelin cari ilin ortalarından tətbiqi nəzərdə tutulur.

S.Babayev övladlığagötürmədə elektron sistem üzərində müasir, çevik və şəffaf prosedurların, yeni yanaşmaların tətbiq ediləcəyini deyib. Nazir qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqları qanunvericilik qaydasında övladlığa götürmək arzusunda olan şəxslər üçün hər hansı bürokratik əngəllər, məhdudiyyətlər, süründürməçilik baş verməyəcək.

Nazir valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin təkmil uçotunun formalaşacağını deyib. O qeyd edib ki, dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması məqsədilə hazırlanmış funksional tələblər əsasında işlər aparılır. Həmin altsistemə inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısına dair təkliflər də aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim edilib. Övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin qurulması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, Ailə və Mülki Prosessual Məcəllələrə dəyişiklik layihələri də hazırlanıb.

İclasda övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə işçi qrup tərəfindən görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti