Xəzər Xəbər

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin adları açıqlanıb

Cəmiyyət | 10:09 • 8 Aprel 2019
Xəzəri çirkləndirən istirahət mərkəzlərinin adları açıqlanıb

"Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib”.


Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.


O, Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin də adlarını sadalayıb. "Şimal bölgəsində "Qafqaz” konserv zavodunda, "Sunset”, "Məkan”, "Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında "Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə "Beluqa”, "Xəzər palace”, "Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur. Bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular ümumiyyətlə mövcud deyil. Yaxşı olardı ki, belə müəssisələr müasir tələblərə cavab verən təmizləyici qurğular quraşdıraraq Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar və həm də təmizlənmiş suyu texniki məqsədlər üçün təkrar istifadəyə yönəldərək suya qənaət edilməsində nümunə göstərsinlər. Monitorinqlərin nəticələrinə əsasən ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlər görüləcək”. (ONA)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti