Xəzər Xəbər

Bakıda “Az avtomobil, çox həyat” devizi ilə veloyürüş təşkil olunub

Cəmiyyət | 16:30 • 7 Aprel 2019
Bakıda “Az avtomobil, çox həyat” devizi ilə veloyürüş təşkil olunub

Aprelin 7-də Bakıdakı Veloparkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.


Veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.


Məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olan veloyürüşdə Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Bakı Nəqliyyat Agentliyinin, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
540 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti