Xəzər Xəbər

Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntıların 350-370 milyon il yaşı var

Cəmiyyət | 13:33 • 7 Aprel 2019
Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntıların 350-370 milyon il yaşı var

Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb.


Bunu AZƏRTAC-a açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. Onun sözlərinə görə, Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib. Bu canlılar devon dövründə - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövrdə mövcud olan okeanda yaşayıblar. T.Heybətov əlavə edib ki, geoloji araşdırmalar zamanı məlum olub ki, ərazilərimizin böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşib.


Devon dövründə braxiopodların (çiyinayaqlılar) inkişafı geniş vüsət alıb. Bundan əlavə, həmin dövrdə qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nə¬həng xərçəngəbənzərlər və balıqların bütün sinifləri də geniş yayılıb. Sonradan suda-quruda yaşayanlar meydana gəlib. Bundan başqa, geoloji araşdırmalar təsdiq edir ki, bu ərazilərdə nəhəng balinalar da mövcud olub. Bu gün geoloji qazıntılar zamanı aşkar olunan nəhəng su canlılarının qalıqları Təbiət Tarixi Muzeyində qorunub saxlanılır.


Muzeyin eksponatları arasında nəhəng dişli quşlar da var. Muzeyin direktoru qeyd edib ki, bu canlının qalıqları Arpaçay ətrafında tapılıb. Bioloji xüsusiyyətinə görə, dişli quşun okean canlıları ilə qidalandığı ehtimal olunur.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
399 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti