Xəzər Xəbər

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir

Cəmiyyət | 11:37 • 7 Aprel 2019
11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir

Aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir.

DİM-dən xezerxeber.az-a bildirilib ki, saat 11-də başlayan imtahanlar 3 saat davam edəcək. İmtahanlarda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. İmtahanlarda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

Buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 63 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunur.

İmtahanlarda 27659 nəfər (Bakının Yasamal rayonunda 2383, Binəqədi rayonunda 3118, Səbail rayonunda 1230, Xətai rayonunda 2944, Xəzər rayonunda 1874, Nərimanov rayonunda 2393, Suraxanı rayonunda 1747, Sabunçu rayonunda 3037, Nəsimi rayonunda 1709, Qaradağ rayonunda 1339, Nizami rayonunda 2026, Pirallahı rayonunda 246, Naxçıvan Muxtar Respublikasında 2915, Şirvan şəhərində 698) 11-ci sinif şagirdi iştirak edir.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi‑müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.

Xəbər lenti