Xəzər Xəbər

Psixoloqlar xəbərdarlıq edir: Nostalgiya zərərlidir

Cəmiyyət | 16:31 • 6 Aprel 2019
Psixoloqlar xəbərdarlıq edir:

ABŞ-dakı Cənubi Kaliforniya Universitetinin psixoloqları bu qənaətə gəlib ki, əvvəllər düşünüldüyü kimi xoş xatirələr təhlükəsiz deyil. Bununla bağlı araşdırmanın nəticələri "Medical Xpress” nəşrində dərc olunub.

Uzun illər elm adamları nostalgiyanın hər şeydən əvvəl müsbət emosiyalar verdiyini, ovqatı yüksəltdiyini hesab edirdi. Mütəxəssislər bir neçə istiqamətdə araşdırma aparmaqla başqa qənaətə gəliblər.

Testdə 230 tələbə iştirak edib. Onlar iki həftə ərzində dostları, tanışları ilə münasibətlər haqda suallara cavab verib, işdə, təhsildə uğurları, problemləri haqda danışıblar. Onlardan təsadüfi hadisələr haqda danışmağı da xahiş ediblər. Eksperiment göstərib ki, nostalgiya insanı gün ərzində bir neçə dəfə, özü də əsasən kədərli anlarda yaxalaya bilər. Nostalji hisslər insanı bürüyəndə könüllülər özünü daha gərgin, qüssəli və tənha hiss etməyə başlayıb. Bundan başqa, onlar həyatdan narazılıq ifadə edir, çox düşünür, özünəqiymətin aşağı düşdüyünü deyir, təəssüf hissi keçirdiyini bildirirdilər. Narahatlıq hətta ertəsi gün də onları tərk etmirdi.

Əlbəttə, nostalgiyanın müəyyən müsbət tərəfləri də aşkar edilib. Amma, adətən, insanın zərərinə işlədiyi qənaəti ortaya çıxıb./Bizimyol.info

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti