Xəzər Xəbər

Hər qadın 35 yaşdan sonra mütləq BUNU ETMƏLİDİR - Ölüm TƏHLÜKƏSİ

Cəmiyyət | 11:21 • 6 Aprel 2019
Hər qadın 35 yaşdan sonra mütləq

Hər bir qadın 35 yaşından sonra süd vəzisi xərçəngi ilə bağlı tibbi yoxlanışa getməlidir.

Bunu Türkiyənin tanınmış endokrinoloqu, professor Bahadır Güllüoğlu deyib.

Onun sözlərinə görə, süd vəzisi xərçəngi erkən diaqnoz proqramları ilə tez bir zamanda üzə çıxarıla bilən xərçəng növlərindəndir:

"Qadınlarda bu proqramlar vasitəsilə əmələ gələn süd vəzisi xərçəngini erkən aşkar edə bilirik. Xəstəliyi tez kəşf etdiyimiz üçün müalicəsi də rahat olur. Bu xəstəlikdən tamamilə qurtulmaq mümkündür. Bunun üçün yaşı 35-dən yuxarı olan hər bir qadın süd vəzisi analizlərinə girməlidir. Ailəsində bu xəstəlikdən əziyyət çəkən qadınlar isə bu analizə daha erkən yaşda başlamalıdır. Maraqlıdır ki, bu xərçəng növünə kişilərdə də rast gəlinir. Kişilər sinə nahiyələrində hər hansı şiş kütləsi hiss etdiklərində mütləq həkimə müraciət etməlidirlər”.

Bu gün dünyada hər 8 qadından birində süd vəzisi xərçəngi riski olduqca yüksək faizdədir. Lakin erkən diaqnoz sayəsində bu xəstəlikdən birdəfəlik qurtulmaq mümkündür. Ailəsində süd vəzisi xərçəngindən əziyyət çəkən qadınlar bu məqama xüsusi diqqət etməlidirlər. Həkimlər 40 yaşdan sonra bütün qadınların mamoqrafiya çəkməsini məsləhət görür./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti