Xəzər Xəbər

DİM dövlət qulluğu imtahanında iştirak üçün ödənişin artırılması ilə bağlı məlumat yayıb

Cəmiyyət | 17:44 • 1 Aprel 2019
DİM dövlət qulluğu imtahanında iştirak üçün ödənişin artırılması ilə bağlı məlumat yayıb

"Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmayıb. Həmin müddətdən bu vaxtadək Dövlət İmtahan Mərkəzi (DİM) Mərkəzin göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparıb, son nəticədə müvafiq qanunvericiliyə əsasən,təhsil xidmətlərinin ƏDV-dən azad olunması, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulub”.

Bu barədə xezerxeber.az-a DİM-dən bildirilib.

Qeyd edilib ki, cari ilin mart ayındanDİM ƏDV ödəyicisi kimi qeydiyyatdan keçib: "Ona görə də2019-cu il aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək.Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq qərara alınıbki, müvəqqəti olaraq, DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadəkqəpik hissə ilə bağlı ödənişlər tam ədədə qədər azaldılıb. Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti vəzifə qrupları üzrə aşağıdakı kimi təsdiq edilib:

AA - 129 AZN

AB - 118 AZN

AC - 106 AZN

BA -94 AZN

BB -82 AZN”

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının qərarına əsasən, indiyə qədər qiymətlər aşağıdakı kimi olub:

AA - 110 AZN

AB - 100 AZN

AC - 90 AZN

BA - 80 AZN

BB - 70 AZN

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti