Xəzər Xəbər

Qurumuş ağaclar yeniləri ilə əvəzlənib - FOTO

Cəmiyyət | 14:10 • 1 Aprel 2019
Qurumuş ağaclar yeniləri ilə əvəzlənib -

Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu işlər "Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Mixail Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam, sərv ağacları əkilib.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli "Qaynar xətt”inə məlumat versinlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti