Xəzər Xəbər

Sürücülərin nəzərinə Gecə saatlarında Bakının bu küçələrində...

Cəmiyyət | 16:16 • 31 Mart 2019
Sürücülərin nəzərinə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.

XəzərXəbər xəbər verir ki, müraciətdə Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 31 mart saat 22:00-dan 1 aprel səhər saatlarına kimi Parlament pr-ti, həmçinin Mehdi Hüseyn, Teymur Elçin, Lermontov və İstiqlaliyyət küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılacağı bildirilib:

"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".

Xəbər lenti