Xəzər Xəbər

Nazirlik tikinti şirkətindən prokurorluğa şikayət etdi

Cəmiyyət | 15:26 • 29 Mart 2019
Nazirlik tikinti şirkətindən prokurorluğa şikayət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı ağac və kolların "Azəri-İNT” MMC tərəfindən kəsildiyi məlum olub.


Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti