Xəzər Xəbər

“Azərenerji” və “Azərişıq” gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət | 18:29 • 19 Mart 2019
“Azərenerji” və “Azərişıq” gücləndirilmiş iş rejimində çalışacaq

"Azərenerji” ASC və "Azərişıq” ASC əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

XəzərXəbər-ə verilən məlumata görə, Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar "Azərenerji” və "Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Bu məqsədlə enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərenerji” və "Azərişıq” ASC-lərin rəhbərliyinin göstərişinə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli stansiya və yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

"Azərenerji” və "Azərişıq” ASC-lər Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti