Xəzər Xəbər

5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Cəmiyyət | 16:47 • 16 Mart 2019
5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, martın 16-sı saat 16:10-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 3250 nəfər (Azərbaycan bölməsi-2769, rus bölməsi-481) ərizəsini təsdiqləyib.


V qrup üzrə ümumilikdə 1763 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 2009 nəfərdir.


Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

Xəbər lenti