Xəzər Xəbər

Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb - SİYAHI

Cəmiyyət | 10:58 • 13 Mart 2019
Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb -

"Fevral ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 28 müraciətə baxılıb”.


Bunu "Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.


O bildirib ki, həmin müraciətlərin 8-nə müsbət cavab verilib. Digər müraciətlərdə qeyd olunan adların qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb. Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: "Valideynlər tərəfindən övladlarına Jekad, Dina, İmeda, Mənsə, Süri, Lavin, Cüha, Elyamel, Milan, Milanse, Lenat, Cümeyli, İmara, Casim, Miner adlarının qoyulması qadağan edilib. Müraciət edən şəxslər yeni doğulan uşaqlara fərqli ad qoymaq istədiklərini bildirirlər. Hətta bu adları özlərinin yaratdığını deyirlər. Halbuki bunlar qondarma adlardır”.


Bundan başqa, Komissiyaya yeni doğulan körpəyə Adelina adının qoyulması ilə bağlı müraciət daxil olub. "Hazırda Adelina adı ilə bağlı araşdırma aparırıq. Çünki bu, Adilə adı ilə oxşarlıq təşkil edir. Ola bilsin ki, eyni kökə malik olsunlar. Müraciətlər zamanı qeydə alınan Doğru adına isə müsbət cavab verilib və bu adın uşaqlara qoyulması tövsiyə olunub”, - deyə Sayalı Sadıova əlavə edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti